fbpx
Geri

Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel.

Masajçı.

Tələblər:

  • Cinsi: Qadın
  • Təhsil: Orta ixtisas
  • Yaş: 25 - 40
  • İş təcrübəsi – Ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
  • Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması;
  • Tibbi bilikləri olan şəxslərə üstünlük verilir;
  • Xarici dil biliri (Rus, İngilis dili) arzuolunandır;
  • Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması.

Vəzifə öhdəlikləri:

  • Masaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
  • Masajın tipini və növünü müəyyən edir;
  • Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
  • Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, klassik, aromaterapiya, ekzotik, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
  • Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
  • Qonaqlara özünü - masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
  • Qonaqların məxliyifinin qorunmasına riayət edilməsi;
  • Masaj otağında zəruri təmizlik və səliqəni təmin edir;
  • Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir, həmçinin öz ixtisasını sistematik olaraq artırır;
  • Hər zaman nəzakətli, səmərəli və peşəkar xidmət təmin etmək.

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şərtləri:

  • Əmək haqqı 420 AZN + 15%
  • İş vaxtı: Hər gün 7 saat
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hote

Maraqlananlar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü