fbpx
Geri

Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel.

Spa və Fitnes şöbəsinin əməkdaşı-hamam

Tələblər:

  • Cinsi: Kişi/Qadın
  • Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir);
  • Hamam və kisə xidmətləri sahəsində iş təcrübəsinin olması;
  • İş öhdəliklərini dəqiq yerinə yetirmək, brend standartlarına və hotel prosedurlarına riayət etmək;
  • Yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
  • Gülərüz və qonaqpərvər xarici görünüş.

Vəzifə öhdəlikləri:

  • Bütün SPA prosedurları (masajlar, üz prosedurları, bədən prosedurları, skrablar, hamam prosedurları), SPA xidmətləri haqqında tam məlumatlı olmaq və izahını verməyi bacarmaq;
  • SPA prosedurları zamanı istifadə olunan texnika və üsulları mükəmməl bilmək və tətbiq etmək;
  • SPA prosedur otaqlarının hər zaman səliqəli olmasından, set - up standartlarının qaydasında olmasından, təmizliyin, gigiyena və dezinfeksiyasının yüksək səviyyədə olmasından əmin olmaq;
  • Bütün avadanlıqların yaxşı vəziyyətdə olduğundan və düzgün işləməsindən əmin olmaq;
  • SPA prosedurları zamanı gigiyena, dezinfeksiya qaydalarına ciddi riayət etmək;
  • SPA prosedurları zamanı qonağa aid məlumatların, sağlamlıq vəziyyəti barədə gizliliyi təmin etmək;
  • SPA prosedurlarına başlamazdan əvvəl qonaqların ehtiyaclarını qiymətləndirmək və əks göstərişləri nəzərdən keçirmək;
  • Əmək fəaliyyəti zamanı istehsalat sanitariyasına, yanğın, elektrik təhlükəsizliyi və ətraf mühitin mühafizə tələblərinə riayət etmək;
  • Daxili təhlükəsizlik və nizam, intizam qaydalarına əməl olunmasına nəzarət etmək.

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şərtləri:

  • Əmək haqqı 442 AZN
  • İş vaxtı: Hər gün 7 saat
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel


Maraqlananlar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar