EN
Back
Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel.
Masajçı.
Tələblər:
- Cinsi: Qadın
- Təhsil: Orta ixtisas
- Yaş: 25 - 40
- İş təcrübəsi – Ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
- Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması;
- Tibbi bilikləri olan şəxslərə üstünlük verilir;
- Xarici dil biliri (Rus, İngilis dili) arzuolunandır;
- Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması.
Vəzifə öhdəlikləri:
- Masaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
- Masajın tipini və növünü müəyyən edir;
- Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
- Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, klassik, aromaterapiya, ekzotik, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
- Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
- Qonaqlara özünü - masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
- Qonaqların məxliyifinin qorunmasına riayət edilməsi;
- Masaj otağında zəruri təmizlik və səliqəni təmin edir;
- Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir, həmçinin öz ixtisasını sistematik olaraq artırır;
- Hər zaman nəzakətli, səmərəli və peşəkar xidmət təmin etmək.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı 420 AZN + 15%
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hote
Maraqlananlar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə forması
Digər vakansiyalar