Gabala Hospitality Group
Xərclər üzrə nəzarətçi
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
· Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin müəssisənin siyasət və proseduralarına uyğun olmasını təmin etmək
· Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq;
· Verilən mallar üçün prosedura və qoyulan vaxta riayət edilməsinə əmin olmaq;
· Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək;
· Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq;
· Həftə əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq;
· Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqlar barədə Maliyyə Şöbəsinin Müdirinə məlumat vermək;
· Təchizatçılar ilə əlaqələrin yaradılması və lazımi ilkin sənədlərin istənilməsi: (elektron/kağız qaimələr, aktlar, hesab fakturalar)
· Təchizatçılar üzrə məlumat bazanın aparılması;
· Daxil olan qaimələrin, aktların, hesab-fakturaların qəbul edilməsi, yoxlanılması, saxlanılması və yaranan uyğunsuzluqların təchizatçılarla həll olunması;
· Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
· Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetirilməsi;
· Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq;
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
Ø Müvafiq vəzifə üzrə iş təcrübəsinin olmasına üstünlük verilir;
Ø Müvafiq və ya yaxın sahədə Ali təhsil;
Ø Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
Ø Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını bilmək
Ø Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini bilmək
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xərclər üzrə nəzarətçi) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.