AZ
Geri
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi
Kassir
Vəzifə öhdəlikləri:
- Müştərilərə fasiləsiz kassa xidmətini təmin etmək.
- Müştərilərə etiket qaydalarına uyğun xidmət göstərmək.
- Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək.
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirtmək
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
Tələblər:
- Cinsi: Kişi / Qadın
- İş təcrübəsi - Qonaq xidmətləri rolunda iş təcrübəsi arzuolunandır
- İngilis dili biliyi (rus dili biliyi üstünlükdür)
- Microsoft, Windows kompüter proqramlarını bilmək
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Gülərüz və qonaqpərvər xarici görünüş.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı net 455 AZN
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi
Maraqlananlar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.
Əlaqə forması
Digər vakansiyalar