fbpx
Geri
Gabala Hospitality Group və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

13 Avqust, 2025-ci il tarixində “Qafqaz Tufandağ Hotel”də “Gabala Hospitality Group və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildi. Tədbirdə “Gabala Hospitality Group” şirkətinin İdarə Heyəti, Mingəçevir Dövlət Universitetinin rektoru və universitetin digər vəzifəli şəxsləri iştirak ediblər. Bu strateji əməkdaşlığın əsas məqsədi turizm və qonaqpərvərlik sahəsində sənayenin real ehtiyaclarına uyğun tədris proqramlarının hazırlanması, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının da gücləndirilməsidir. Görüş zamanı təhsil müəssisələri ilə biznes qurumları arasında qurulan əməkdaşlığın qarşılıqlı faydaları vurğulanıb, kurikulumun tərtib edilməsi, təcrübə proqramlarının təşkil edilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib, məzunların – gənc mütəxəssislərin karyera imkanları barədə danışılıb. “Gabala Hospitality Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman çıxışında bildirib: “Qəbələnin artan turizm potensialı fonunda bacarıqlı və müasir tələblərə cavab verən kadrların hazırlanmasında təhsilin gücünə inanırıq. Mingəçevir Dövlət Universitetinin turizm və biznes ixtisaslarının inkişafına töhfə vermək bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də regionun ixtisaslı kadr potensialının artırılmasına verdiyimiz bir dəstəkdir.” Tədbirdə, həmçinin, Qəbələnin turizm potensialı, “Gabala Hospitality Group”a daxil olan şirkətlərin inkişaf perspektivləri, yeni layihələri və bu layihələrdə universitetlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə qeyd edib: “Bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, turizm sektorunun tələblərinə uyğun peşəkar bacarıqlar qazanmaq imkanı yaradacaq.” Rektor, həmçinin, universitetin əsas məqsədinin məzunlarının əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsi olduğunu vurğulayıb və “Gabala Hospitality Group” ilə qurulan bu əməkdaşlığın tələbələr üçün geniş praktiki təcrübə imkanları yaradacağına inandığını, onların gələcək karyeralarına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mərasimin sonunda əməkdaşlıq şərtlərini özündə ehtiva edən Anlaşma Memorandumu imzalanıb.