fbpx
Back

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

· Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsi;

· SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılması

· Komanda üzvlərinin növbə cədvəllərinin hazırlanması, əməkdaşların gündəlik işlərlə təlimatlandırılması;

· Peşəkar komanda mühiti yaratmaq;

· İşçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;

Xidmət əməliyyatları üzrə təlimatların işçi heyətinə çatdırılması və lazım gələrsə yeni şöbədaxili təlimatlar hazırlamaq;

· Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı;

· Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;

· Pul,kassa əməliyyatları üzrə gündəlik hesabtaların dəqiqliklə hazırlanması və şöbə rəhbərinə hesabat verilməsi;

· SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

· SPA prosedurları, yeni satış və xidmət siyasətinin yaradılmasında yeni ideyalar verməklə menecerə yaxından dəstək olmaq;

· Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək;

· Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq, yeni prosedurlar, xidmətlərlə bağlı müştəriləri məlumatlandırmaq;

· Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;

 

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

Ø Azərbaycan, ingilis və rus dilləri – əla

Ø Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı

Ø Orta -ixtisas təhsili

Ø Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq

Ø Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

Ø Micros POS əməliyyat sistemindən istifadə bacarığı

Ø SPA və Fitness şöbəsndə nəzarətçi istiqaməti üzrə 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;

 

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsində nəzarətçi) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar