fbpx
Back

Tələblər:

  • Cinsi: Kişi
  • Yaş həddi 20 - 35
  • Müvafiq sahədə təcrübə: 0-1 il
  • Təhsil: İlk peşə ixtisas, Ali təhsil
  • Anbar təsərrüfatının aparılması qaydalarını bilmək;
  • Anbar işinin təşkili qaydasını, anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydasını və onları müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydalarını bilmək;
  • Microsoft Office kompüter proqramlarını bilmək.

Vəzifə öhdəlikləri:

İşçinin qarşısında duran əsas məsələ yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;

Tələb olunan metodlar əsasında anbara qəbul edilən mal materialın və anbardan çıxarılan mal materialların qeydiyyatını aparır;

  •  Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması işini görür;
  • Təsdiq olunmuş minimal/maksimal səviyyəyə uyğun anbarın səviyyələrini idarə etmək;
  • Qəbul olan malları qəbuledicidən almaq və yoxlamaq;
  • Malları kateqoriyalarına uyğun olaraq öz yerlərində yerləşdirmək;
  • Anbar sorğuları əsasında müvafiq malları lazımi şöbələrə daxili prosedur qaydalarını istifadə etməklə paylamaq;
  • Anbar səviyyəsinə nəzarət etməkdə Anbardara kömək etmək;
  • Aylıq və illik Anbara mal götürülməsində Anbardara yardım etmək;
  • Gündəlik Anbardara qırılmalar, itkilər, oğurluq hadisələri barəsində məlumat vermək;
  • Təcili tələb olunan mallar haqqında Anbardarı məlumatlandırmaq;
  • Kompüter istifadəsi zamani əməliyyat standartlarından istifadə etmək;
  • Bir gün ərzində olan bütün tələbnamələri elə həmin gündə sistemə keçirmək;
  • Hər ay sonu mağaza maddələrin təsadüfi inventar aparmaq və əgər uyğunsuzluqlar varsa səbəbini tapmaq və müvafiq düzəlişlər etmək;
  • Qeyri-hərəkət və yavaş hərəkət maddə siyahısını hazırlamaq və Anbardarın diqqətinə gətirmək;
  • Anbarda təmizlik və təhlükəsizliyə nəzarət etmək;
  • Anbar və  bazalarda  yardımçı və köməkçi işlərini görür;
  • Malların qəbulu və ixracını təmin etmək;
  • Anbara verilən sorğuların vaxtı- vaxtında və tam şəkildə cavablandırmaq;
  • Qaimə və hesab fakturalar əsasında anbardaki prosesləri həyata keçirmək;
  • Malların anbarda səliqəli və müvafiq qayadalara uyğun olaraq yığılmasını təmin etmək;
  • Anbarda sayımlar aparmaq;
  • Anbar qalığına nəzarəti həyata keçirmək;
  • Anbardar köməkçisi anbarda (rulon materialların, yeşik, çəllək, karton, texnika və avtomobillərin ehtiyyat hissələri, şinləri, tikinti materialları və s.) yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqla daşınması və ştabelə yığılması işlərini görür;
  • Toz şəklində olmayan tökülən materialların (çınqılın, qumun, zibilin, metal qırıntılarının və digər əl ilə yüklənən, boşaldıla bilən mal materialların) yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və ərazidən yığışdırılması;
  • Anbar daxili və anbar ərazisinin,  təmizlənməsi, tara, qab, detalların yığışdırılması, anbara aid mal-materialların aidiyyatı yerlərdə yerləşdirilməsi işini görür;
  • Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə qablaşdırılmış qabların və s.) toz şəkilli materialların  əl ilə və kiçik əl arabasının köməyi ilə daşınması, yüklənməsi və boşaldılması işlərini görür;
  • Bütün növ yüklərin əl arabası ilə daşınması. Anbara gəlmiş mal-materialların boşaldılması, yüklənməsi işini görür;
  • Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbara yığılması işini görür;
  • İş ərazisinin və istifadə olunan ləvazimatların təmizliyi və normal fəaliyyət üçün lazımi səviyyədə saxlanılması işini təşkil edir;
  • Aylıq anbar sənədlərinin (yüklərin təhvil-təslimi) tərtib edilməsi və təsdiqlənmiş şəkildə Anbardara təhvil verilməsi;
  • Bütün şöbələrin anbarlarında hər ayın sonunda sayım aparılması və sayıma dair aktın tərtib edilməsi;

İş şərtləri:

  • Əmək haqqı 400 AZN
  • İş vaxtı: Hər gün 8 saat
  • Həftədə 5 gün, növbəli cədvələ uyğun iş qrafiki, 2 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi


Maraqlananalar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Durca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar